Ödəmə Tələbnamə-Tapşırığı

vəsait alıcısının ona xidmət edən banka təqdim etdiyi hesablaşma ödəmə sənədi.
Ödəmə Tələbnamə-Hesabı
Ödəmə Zamanı Gəlirlilik
OBASTAN VİKİ
Zəmanətli ödəmə
Zəmanətli ödəmə — ilkin qiymət və sonrakı kotirovka arasında mümkün fərqi ödəmək üçün törəmə alətlər müqaviləsi üzrə ödəmə. Zəmanət haqqı anlayışı müştəri tərəfindən ilkin olaraq ödənilən sifariş üçün ümumi ödəniş məbləğinin onun icrası zamanı sifarişdən mümkün imtinanın qarşısını almaq üçün nəzərdə tutulmuş hissəsinə aiddir. Sifarişdən imtina zəmanət haqqının itirilməsi ilə nəticələnir. Münasibətlərdə qeydə alınan ən çox rast gəlinən hal kirayəçinin kirayə üçün təhlükəsizlik depozitinin köçürülməsidir. Bu təcrübə geniş yayılmışdır və təhlükəsizlik depozitləri demək olar ki, bütün annuitet müqavilələrində görünür. Üstəlik, söhbət təkcə daşınmaz əmlakdan deyil, həm də avadanlıqların, avtomobillərin və digər məişət əşyalarının icarəsindən gedir. Ancaq belə bir geniş yayılmış fenomen heç bir şəkildə qanunvericinin diqqətinə təsir etmədi — burada birbaşa və aydın tənzimləmə yoxdur. Buna görə də, mühasibat uçotu apararkən, mümkün olduqda onları vəziyyətə "tənzimləmək" üçün standart normaları tətbiq etmək lazımdır. İcarəyə götürən tərəfindən kirayə müqaviləsinin rəsmi imzalanmasından əvvəl də köçürülən təminat depozitinin əsas məqsədi onun belə bir müqavilə bağlamaq niyyətini maddi cəhətdən təsdiqləməkdir. Bu o deməkdir ki, əmanət qoymağın bütün əlamətləri mövcuddur.
Təsnifat tapşırığı
Statistika elmində təsnifat tapşırığı — bir və ya daha çox obyektin verilmiş siniflərdən hansılarına aid olduğunu müəyyən etmə tapşırığıdır. Məsələn, verilən şəkildəki rəqəmin hansı rəqəm olduğunun müəyyənləşdirilməsi, bir pasientə ölçüləri əsasında (qan təzyiqi, yaş, müəyyən simptomların göstəriciləri) diaqnozun qoyulması, təsnifat tapşırıqlarıdır. Çox vaxt təsnifatlandırıcı alqoritmlərin qurulması üçün, əvvəlcədən hansı sinfə aid olduqları bilinən sonlu sayda cisim verilir. Qalan obyektlərin sinif mənsubiyyəti məlum deyil. İlkin çoxluqdan, ixtiyari bir obyekti təsnif etməyə qadir olan bir alqoritm qurmaq tələb olunur. Bir obyekti təsnif etmək — bu obyektin aid olduğu sinfi göstərmək deməkdir. Bir obyektin təsnifatı — müəyyən bir obyektə tətbiqi nəticəsində təsnifat alqoritmi tərəfindən verilmiş sinifdir. Riyazi statistikada təsnifat problemləri ayrı-seçkilik təhlili problemləri də adlanır. Maşın öyrənməsində təsnifat problemi, xüsusən də müəllimlə təlim şəklində bir təcrübə qurarkən süni neyron şəbəkələri metodlarından istifadə edilməklə həll edilir. Təcrübə qurmağın başqa yolları da var — müəllim olmadan öyrənmək, ancaq başqa bir problemi həll etmək üçün istifadə olunur — klasterləşmə və ya taksonomiya.
Ödəniş tapşırığı
Ödəniş tapşırığı — Ödəniş tapşırıqları ilə hesablaşma nağdsız hesablaşmanın formalarından biridir. Hesablaşmanın bu formasında bankda hesabı olan müəssisənin həmin hesabdan müəyyən məbləğ vəsaitin silinib, başqa müəssisənin hesabına daxil edilməsi haqqında özünə xidmət edən banka verdiyi tapşırıqdır. Ödəmə tapşırığı vasitəsilə həm şəhər daxili, həm də şəhərdən kənar hesablaşmalar aparılır. Ödəniş tapşırıqlarının mahiyyəti, onun yerinə yetirilməsi şərtləri və digər məsələləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 973 – 976-cı maddələrində əks olunmuşdur. Onun icra mexanizmi isə Azərbaycan Respublikasının Milli Bankı İdarə Heyətinin 19 sentyabr 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş " Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında təlimat "ı ilə müəyyən edilmişdir. Ödəniş tapşırıqları ilə hesablaşmanı icra etmək üçün bank müştərinin tapşırığı ilə onun hesabında olan vəsait hesabına müəyyən pul vəsaitinin bu və ya başqa bankda (benefisiar bankda) ödəyicinin göstərdiyi şəxsin hesabına ödəmək öhdəliyini öz üzərinə götürür. Bu öhdəliyi bank, bank hesabı müqaviləsində ayrı müddət nəzərdə tutulmayan hallarda ödəniş tapşırığının banka daxil olduğu günün ertəsi gündən gec olmayaraq icra edir. Nağdsız hesablaşmaların həyata keçirilməsi üçün istifadə edilən ödəniş tapşırığında aşağıdakı rekvizitlər mütləq əks etdirilməlidirlər: Ödəyicinin adı və digər rekvizitləri; Vəsait alanın adı və digər rekvizitləri; Emitent bankın adı və digər rekvizitləri ("V" formatlı ödəniş tapşırığı istisna olmaqla) ; Benefisiar bankın adı və digər rekvizitləri; Vəsaitin məbləği və valyuta növü; Ödənişin təyinatı. Ödəniş tapşırıqları ilə hesablaşmalar "A" və "B" formatlı olur. " A " formatlı ödəniş tapşırığının "A1" hissəsində emitent (ödəyən) bankın adı, kodu, VÖEN – i, müxbir hesabı, SWIFT BIK kodu, "A2" hissəsində ödəyicinin adı, hesab nömrəsi və VÖEN – i, "B1" hissəsində benefisiar (alan) bankın adı, kodu, VÖEN – i, müxbir hesabın nömrəsi, SWIFT BIK kodu, vasitəçi bankın adı, "B2" hissəsində vəsait alanın adı, hesab nömrəsi, VÖEN – i, "C1" hissəsində ödəniş aparılan valyutanın növü, "C2" hissəsində ödəniş həyata keçirələn məbləğ rəqəmlə və yazı ilə əks etdirilir.
Ev tapşırığı
Ev tapşırığı — Müəllim tərəfindən şagirdə (tələbəyə) dərsdən sonra müstəqil şəkildə həll etmək və ya öyrənmək üçün verilən tapşırıq. Ev tapşırığının verilməsində məqsəd yeni keçilən mövzunun yadda saxlanmasına nail olmaqdır. Almaniyanın Şimali Reyn-Vestfaliya torpağında yerləşən gimnaziyaların birində dərs sisteminin özünəməxsus qurulması nəticəsində şagirdlər ev tapşırığından azaddırlar.
Ev tapşırığı (pedaqogika)
Geri ödəmə müddəti metodu
Geri ödəmə müddəti metodu (ing. payback period) — ilə bir investisiyaya çəkilən xərcin nə qədər müddətə geri dönəcəyi hesablanır.[1] Misal üçün hər il 1000 AZN gəlir gətirən 3000 AZN-lik bir investisiya üç illik geri ödəmə müddətinə sahibdir. İnvestisiyanın gətirdiyi gəlirlərin kumulyativ cəminin investisiya məbləğinə bərabər olduğu və ya onu keçdiyi il geri ödəmə ili olur. Geri ödəmə müddəti metodu tez-tez istifadə edilən bir metoddur. Çünki akademik təhsil və çalışma sahəsindən asılı olmayan çox insan üçün istifadəsi asan və anlaşıqlıdır. Müəssisə bu metod vasitəsilə investisiya xərclərinin nə zaman geri dönəcəyini görür və buna uyğun olaraq investisiya layihəsinin reallaşdırılması ilə bağlı qərarını verir. Geri ödəmə müddəti əsasən il olaraq ifadə olunur. Hər il üçün xalis nağd pul mədaxili(1) = Nağd pul mədaxili(1) — nağd pul məxarici(1)hesablanır. Daha sonra xalis nağd pul mədaxillərinin kumulyativ cəmi hesablanır. Cəmi investisiya məbləğinə bərabər edən il isə geri ödəmə ili olur.[2] Əgər hər il üçün pul daxil olmaları sabit(eyni) olarsa, geri ödəmə müddəti = İnvestisiya məbləği(C0) / təxmin olunan xalis nağd pul mədaxili(C) P P = C 0 C {\displaystyle PP={\mathbb {C} _{0} \over C}} Pul daxil olmaları müxtəlif olduqda isə aşağıdakı düsturdar istifadə edilir: P P = n + ( C 0 − C k ) C {\displaystyle {\displaystyle PP={n+{{(\mathbb {C} _{0}-\mathbb {C} _{k})} \over C}}}} [3] n — Pul daxilolmaların kumulyativ cəminin müsbətə keçdiyi ildən əvvəlki il C0 — İnvestisiya məbləği Ck — n -ci ilə qədər(n-ci ildə daxil olmaqla) pul daxil olmalarının kumulyativ cəmi Bu düstur geri ödəmə müddətindən sonra ortaya çıxacaq dəyərləri (mənfi və ya müsbət) nəzərə almır.
Polis Akademiyası 2: Onların birinci tapşırığı
Polis Akademiyası 2: Onların ilk tapşırığı (ing. Police Academy 2: Their First Assignment) — 1985-ci ildə kriminal komediya janrında Cerri Paris tərəfindən çəkilən ABŞ filmidir. Akademiyada məzun olan tələbələr, artıq bir polis olaraq vəzifə başındadır. Ancaq Los Anceles şəhərində çıxan hadisələr qarşısında Təhlükəsizlik Təşkilatı müvəffəqiyyət göstərməyincə Polis Akademiyasına müraciət edirlər. Akademiyanın yaşlı müdiri komandir Lassard, bundan sonra köhnə şagirdlərindən kömək istəyir... Polis Akademiyası 2 — Internet Movie Database saytında.
Polis Akademiyası 5: Mayami-Biç tapşırığı
Polis Akademiyası 5: Tapşırıq: Mayami Biç (ing. Police Academy 5: Assignment: Miami Beach) — 1988-ci ildə kriminal komediya janrında Alan Mayerson tərəfindən çəkilən ABŞ filmidir. Seriyanın bu hissəsində qəhrəmanlar Mayamiyə bir mükafat mərasiminə dəvət olunurlar. Həm mükafat, həm də tətil üçün məşhur tətil cənnəti və turizm şəhəri olan Mayamiyə gəlirlər. Ancaq Mayamiyə gələndə hava limanında Lassard səhvən 3 milyon dollar dəyərində almaz olan çantanı alan kimi, ləl-cəvahirat oğruları arasında çaxnaşma başlayır. Çünki komandir Lassardın çantası bir ləl-cəvahirat oğrusunun çantası ilə bir-birinə qarışır. Bunun üçün Lassardı qaçırıb çantaya qovuşmaq istəyirlər və bu istədikləri kimi baş tutur. Lassard isə özünü qaçıranlar polis olduqlarını, manevr etdiklərini zənn edir və bu çox xoşuna gəlir. Buna görə oğruların işini asanlaşdıracaq məsləhətlər verir, onlara köməkçi olur və onu qurtarmaq istəyən qəhrəmanların işi də çətinləşir... Polis Akademiyası 5 — Internet Movie Database saytında.